Azedu.az

DİM Gəncədə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM)

26 Sentyabr 2025, 10:31
DİM Gəncədə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi 15 noyabr 2025-ci il tarixində Gəncə şəhərində TKT (Teaching Knowledge Test) imtahanı keçirəcək.

AzEdu.az xəbər verir ki, imtahan DİM-in Gəncə Regional Bölməsində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 1 oktyabr 2025-ci ildir.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

TKT Modul 1

TKT Modul 2

TKT Modul 3

TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) 

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir. 

İmtahana qeydiyyat linki: //eservices.dim.gov.az/iexams/az/login.aspx

Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox