22 iyunda xarici dil fənləri üzrə fəlsəfə doktoru imtahanında müvəffəqiyyət əldə edən şəxslərin şəhadətnamələrinin verilməsinə başlanılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, müraciət edən şəxslər sertifikatı (şəhadətnaməni) almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Dövlət İmtahan Mərkəzi tərəfindən 22 iyun 2025-ci il tarixində keçirilən doktorantura vədissertantura səviyyəsində xarici dil fənləri üzrə fəlsəfə doktoru imtahanından uğur qazanaraq şəhadətnamə əldə etmiş şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.