Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. İxtisas seçimi prosesi 19 avqust 2025-ci il tarixinədək davam edəcək.
İxtisas seçimi zamanı abituriyentlərin ən çox maraqlandığı məsələlərdən biri də ərizənin təsdiqləndikdən sonra ləğv və dəyişiklik imkanlarıdır.
AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ərizə təsdiqləndikdən sonra abituriyent onu özü ləğv edə və ya müəyyən düzəlişlər edə bilər.
Qeyd edək ki, Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Milli Konservatoriyasında ödənişsiz əsaslarla xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.