Azedu.az

Bu gündən ixtisas seçimi BAŞLAYIR

Dövlət İmtahan Mərkəzi (DİM)

11 Avqust 2025, 08:33
Bu gündən ixtisas seçimi BAŞLAYIR

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçiminə start verilir.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları, “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib.

Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Milli Konservatoriyasında ödənişsiz əsaslarla xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. 

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək. 

Bölgələrdə Rayon Təhsil Sektorlarında və bəzi məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 11-19 avqust tarixlərində aparılacaq. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox