Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün Dövlət İmtahan Mərkəzi (DİM) hər il xüsusi qabiliyyət imtahanı həyata keçirir.
Bəs,görəsən imtahan nə zaman başlayacaq?
Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat prosesi 3-cü ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra başlayacaq:
"İmtahan nəticələri elan edildikdən sonra 3-cü ixtisas qrupu üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlərin ümumi ixtisas qrup üzrə imtahan balı ən azı 200 olmalıdır. İmtahanın 2-ci mərhələsindən ən azı 100 bal toplayan abituriyent qeydiyyatdan keçə bilər. Daha sonra isə həmin şəxs jurnalistika üzrə qabiliyyət imtahanında iştirak edə biləcək".