Azedu.az

Aşağı balla pulsuz ali təhsil: Abituriyentlər bu ixtisaslardan imtina edir

Dövlət İmtahan Mərkəzi (DİM)

13 İyun 2025, 15:41
Aşağı balla pulsuz ali təhsil: Abituriyentlər bu ixtisaslardan imtina edir

2024-cü il ali məktəblərə qəbul imtahanlarının nəticələri bəzi ixtisaslara marağın kəskin şəkildə azaldığını göstərdi. Həm ödənişli, həm də dövlət sifarişi əsasında təklif olunan bir sıra ixtisaslarda keçid balları minimum həddə yaxın formalaşıb. Bu isə həmin ixtisaslara ya çox az sayda abituriyentin müraciət etdiyini, ya da ümumiyyətlə seçim edilmədiyini göstərir.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, 2024-cü il üzrə ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul zamanı bəzi ixtisaslarda minimal keçid balları aşağı olub. Bu, sözügedən ixtisaslara rəqabətin nisbətən zəif olduğunu göstərir.

 

Dövlət sifarişi ilə qəbulun ən aşağı bal ilə baş tutduğu ixtisaslar aşağıdakılardır:

 

Energetika mühəndisliyi (ADAU) - 203.3 bal

Maşın mühəndisliyi (AMİU) - 203.0 bal

Cihaz mühəndisliyi (ADNSU) - 201.5 bal

Turizm bələdçiliyi (MDU) - 267.9 bal

İdman menecmenti və kommunikasiya (tədris ingilis dilində, AİA) - 258.8 bal

İdman menecmenti və kommunikasiya (AİA) - 258.6 bal

Sənətşünaslıq (teatrşünaslıq, ADMİU) - 315.2 bal

Sənətşünaslıq (kinoşünaslıq, ADMİU) - 309.7 bal

Dinşünaslıq (Aİİ) - 289.1 bal

Ekologiya (OYU) -238.8 bal

Ekologiya (QKU) - 219.7 bal

Su bioehtiyatları və akvakultura (QKU) - 205.3 bal

 

Qeyd olunan ixtisaslar isə 2024-cü ildə  ödənişli əsaslarla təklif olunanlardır:

 

Kompüter mühəndisliyi (AKU) - 201.7 bal

Cihaz mühəndisliyi (ADNSU) - 201.5 bal

Cihaz mühəndisliyi (rus bölməsi, ADNSU) - 200.5 bal

Maliyyə (ADİU-Zaqatala) - 200.8 bal

Menecment (AMİU) - 200.2 bal

Sosiologiya (SDU) - 200.1 bal

Filologiya (türk dili və ədəbiyyatı, BAU) - 201.0 bal

Tərcümə (ingilis dili üzrə, QKU) - 200.7 bal

Tərcümə (ingilis dili üzrə, OYU) - 200.6 bal

Kimya müəllimliyi (ADPU) - 218.7 bal

Biologiya müəllimliyi (ADPU) - 217.8 bal

Kimya (SDU) - 212.1 bal

 

Bu göstəricilər sözügedən ixtisaslara marağın aşağı olduğunu ortaya qoyur.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox