Azedu.az

“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Aprel 2025, 09:18
“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir

İmtahan 21 iyun 2025-ci il tarixində DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov  küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 17 iyundur.

Qeyd edək ki, “B2 First” imtahanı namizədlərin daha yüksək səviyyəli imtahanlara hazırlaşması üçün bir vasitədir və onların ingilis dilli bir mühitdə özünə inamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarını qiymətləndirir. Bu imtahan 4 bölmədən ibarətdir:

  • Oxu və ingilis dilinin istifadəsi (Reading and Use of English) - 1 saat 15 dəqiqə;
  • Yazı (Writing) – 1 saat 20 dəqiqə;
  • Dinləmə (Listening) - 40 dəqiqə;
  • Danışıq (Speaking) – 16 dəqiqə.

İmtahanın oxu və ingilis dilinin istifadəsi, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt (və ya 3 nəfərdən ibarət qrup) şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən aparılır.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox