Azedu.az

Naxçıvanda xarici dil və dövlət qulluğuna qəbul imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

18 Fevral 2024, 15:25
Naxçıvanda xarici dil və dövlət qulluğuna qəbul imtahanları keçirilib

Naxçıvanda xarici dil üzrə fəlsəfə doktoru ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının 2-ci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.

AzEdu.az xəbər verir ki, fevralın 18-də Dövlət İmtahan Mərkəzi xarici dil üzrə fəlsəfə doktoru və ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının 2-ci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirib.

 

İmtahanlar Naxçıvan şəhər 14 və 5 nömrəli tam orta məktəb binalarında təşkil edilib. Fəlsəfə doktoru imtahanında 7 doktorant (dissertant), sınaq imtahanında 135 abituriyent, dövlət qulluğuna qəbul imtahanında isə 299 namizəd iştirak edib. İmtahanların idarə olunmasına, ümumilikdə, 45 nəzarətçi, 7 imtahan rəhbəri cəlb edilib. İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox