Azedu.az

“Yüksəliş” müsabiqəsi üzrə sınaq imtahanı keçiriləcək  

24 Aprel 2023, 16:37
“Yüksəliş” müsabiqəsi üzrə sınaq imtahanı keçiriləcək  

Aprelin 30-da "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, qabiliyyət imtahanı 3 test üzrə aparılır. Abstrakt düşünmə bacarığının yoxlanılması üçün 25 sual, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üçün 25 sual, verbal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması üzrə 25 sual, 6 mətn olmaqla ümumi 75 sual təqdim ediləcək.

 

Bu mərhələ onlayn şəkildə olacaq. İnternet bağlantısı olan kompüterlə (notbukla) istənilən məkandan imtahana qatıla bilərsiniz. Qeyd edək ki, imtahana smartfon və planşetlər vasitəsilə daxil olmaq mümkün deyil.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox