Dövlət İmtahan Mərkəzi tərəfindən 14 may 2023-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
AzEdu.az xəbər verir ki, inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin 2023-cü il may ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat 11 may 2023-cü il saat 11:00-dək aparılır. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 80 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə 14 may saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 3 may saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə 11 may saat 11:00-dək davam edəcək.
Ətraflı məlumat və qeydiyyat üçün link şərhdə yerləşdirilib.