Magistraturaya qəbul balı neçə il qüvvədə qalır? İmtahanda toplanan nəticə ilə, digər il həmin nəticəyə uyğun oxumaq mümkündürmü?
AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, imtahan nəticəsi yalnız həmin ildə keçirilən müsabiqə üçün qüvvədə qalır.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il 29 yanvar tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında iştirak etmək istəyənlər 2023-cü il 15 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.