Oktyabrın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupun iclası keçirilib.
DİM-dən AzEdu.az-a bildirilib ki, gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 10-cu sinif dərsliyinin son 3 bölməsinin təhlili olub. Dərslikdəki yeniliklər, dəyişikliklər təhlil edilib.
Bununla da dərsliyin müzakirəsi başa çatıb.
Bildirilib ki, 2023-cü ildə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında dərslikdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliyin əvvəlki illərdə çap olunmuş nəşrini istifadə ediblər.
Növbəti iclasda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı proqramları müzakirə ediləcək.