Azedu.az

 DİM-də onlayn formatda apellyasiya müraciətlərinə baxılacaq  

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Aprel 2022, 12:57
 DİM-də onlayn formatda apellyasiya müraciətlərinə baxılacaq  

Martın 5-6-da buraxılış imtahanı vermiş XI sinif şagirdlərinin Apellyasiya Komissiyasına müraciətlərinin qəbulu bu gün saat 17:00-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müraciətlərə aprelin 11-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.

 

Xatırladaq ki, martın 5-6-da keçirilmiş buraxılış imtahanlarının nəticələri aprelin 1-də elan olunub.

Personel Zəngəzurla bağlı mühüm məsələ: Bu tarixdə...
Son xəbərlərDaha çox