Martın 5-də Bakı şəhərinin Qaradağ, Xəzər, Yasamal, Nərimanov rayonlarında, həmçinin Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar rayonlarında, martın 6-da isə Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
AzEdu.az xəbər verir ki, martın 5-də tədrisi gürcü, 6-da isə ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.