Azedu.az

Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR

Diaqnostik qiymətləndirmə

21 Oktyabr 2024, 14:42
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilib.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən diaqnostik qiymətləndirilmə prosesində Naxçıvan Şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Leyla Məmmədhəsənli və Naxçıvan Şəhər 7 nömrəli Körpələr evi- uşaq bağçasının tərbiyəçi müəllimi Sürayyə Qasımova maksimum 60 baldan 57-i bal toplayıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox