Cəmiyyətin inkişaf tempinə uyğun olaraq təhsil sektorunda da gənc mütəxəssislərin rolu durmadan artır. Bu baxımdan 25-30 yaş aralığında olan müəllimlərin fəaliyyəti xüsusi diqqət mərkəzindədir.
Belə ki, bu yaş kateqoriyasına daxil olan təhsilverənlər adətən, təzə ali məktəb məzunları və ya iş fəaliyyətinin ilk mərhələsində olan müəllimlərdir. Onların peşəyə yanaşması, motivasiya səviyyəsi və ixtisas seçimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.
Maraqlıdır, yaş həddi 25-30 arasında olan müəllimlərin ümumi sayı nə qədərdir?
Mövzu ilə bağlı AzEdu.az Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində ümumtəhsil məktəblərdə yaş həddi 25-30 arasında olan ümumilikdə 846 müəllim fəaliyyət göstərir:
Belə ki, onlardan rayonlar üzrə 215-Ağsu, 219-İsmayıllı, 281-Şamaxı, 131-Qobustan rayonunun payına düşür. Həmçinin gənc təhsilverənlərdən 105-i riyaziyyat fənni, 80-i Azərbaycan dili və ədəbiiyatı fənnini tədris edir".
Qeyd edək ki, ölkə üzrə təxminən 300 minə yaxın təhsilverən fəaliyyət göstərir.