Azedu.az

Dağlıq Şirvanın abituriyentləri bu universitetlərə ÜSTÜNLÜK verir

Dağlıq Şirvan Regional Təhsil İdarəsi

6 İyun 2025, 16:19
Dağlıq Şirvanın abituriyentləri bu universitetlərə ÜSTÜNLÜK verir

Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir.

Maraqlıdır, Dağlıq Şirvan regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub?

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Ağsu rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

İsmayıllı rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.

Qobustan rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

Şamaxı rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox