Azedu.az

Dağlıq Şirvan regionu üzrə ən yaxşı məktəblər - SİYAHI 

Dağlıq Şirvan Regional Təhsil İdarəsi

13 İyun 2025, 14:39
Dağlıq Şirvan regionu üzrə ən yaxşı məktəblər - SİYAHI 

Dağlıq Şirvan regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Ağsu rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 525 şagird bitirib və onların 524 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 18 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun heç bir məktəbi daxil olmayıb.

 

İsmayıllı üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 754 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 83 nəfəri 500-dən, o cümlədən 30 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun 1,3,5 və 6 saylı tma orta məktəbləri, Diyallı kənd və Sumağallı kənd tam məktəbləri daxil olub.

 

Qobustan rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 274 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 15 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun M.Əfəndiyev adına Təklə kənd orta məktəbi daxil olub.

 

Şamaxı rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 801 şagird bitirib və onların 798 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 57 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəbləri sırasında bu il rayonun Texniki, humanitar və təbiət fənləri təmayüllü tipli liseyi, 9 saylı şəhər və Gövlər kənd 1 saylı tam orta məktəblərini qeyd etmək olar.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox