Azedu.az

İlk dərs günü bədbəxt hadisə: 16 yaşlı məktəbli itkin düşdü

Dağlıq Şirvan Regional Təhsil İdarəsi

17 Sentyabr 2024, 10:42
İlk dərs günü bədbəxt hadisə: 16 yaşlı məktəbli itkin düşdü

İsmayıllıda tədris ilinin başladığı ilk gün bədbəxt hadisə yaşanıb.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, 16 yaşlı məktəbli İbrahim Babazadə itkin düşüb.

 

Məktəblinin əmisi saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gün saat 1-2 radələrində baş verib. Belə ki, dərsə getmək adı ilə evdən çıxan yeniyetmə geri qayıtmayıb:

"İbrahim dünən İsmayıllı-Bərdə avtobusu ilə Bərdəyə gedib. Hazırda polis araşdırma aparır, kameralar izlənilir. Bərdədə yanğınsöndürmə idarəsinin yanında şəhid bulağında əl-üzünü yuyub, su içib. Daha sonra ətrafdakı insanlardan mərkəzə gedən avtobus barədə soruşub. Ona 1 nömrəli avtobusa minməsi deyilib. Kimsə onu Bərdənin mərkəzinə çağırıb". 

 

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib, araşdırma aparılır.

 

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox