Azedu.az

Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Bakı Şəhər üzrə Təhsil İdarəsi

2 May 2025, 15:08
Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki,müsahibə mərhələsində uğur qazanmayan namizədlər 5 may 2025-ci il tarixindən 8 may 2025-ci il tarixinədək saat 09:30-12:30 aralığında BŞTİ-yə yaxınlaşaraq psixoloqların işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə Apellyasiya komissiyasına müraciət edə bilərlər. Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədlərini özü ilə gətirməsi vacibdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə namizədlərin əlaqə nömrələrinə­ göndərilib.

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox