Azedu.az

Ən gərgin vəziyyət hansı ixtisas qruplarındadır? - Plan yerləri və abituriyentlərin sayı

7 Avqust 2018, 11:34
Ən gərgin vəziyyət hansı ixtisas qruplarındadır? - Plan yerləri və abituriyentlərin sayı

Ali məktəblərə ixtisas seçimi davam edir.

AzEdu.az ixtisas qrupları üzrə plan yerlərini və müsabiqəyə buraxılan abituriynetlərin sayını diqqətə çatdırır.

I ixtisas qrupu üzrə  14.475 plan yeri ayrılıb, müsabiqəyə 13169 abituriyent buraxılıb. II ixtisas qrupu üzrə 13375 plan ayrılıb müsabiqədə 9530 abituriyent iştirak hüququ qazanıb. III ixtisas qrupu üzrə  10.601 plan yeri ayrılıb, müsabiqədə 11.776 abituriyent iştirak hüququ qazanıb. IV ixtisas qrupu üzrə  3.315 plan yeri ayrılıb, müsabiqədə 3726 abituriyent iştirak hüququ qazanıb.

III və IV ixtisas qrupları üzrə ayrılan plan yerlərinin sayı müsabiqə şərtini  ödəyən abituriyentlərin sayından azdır. Bu o deməkdir ki, ən gərgin rəqabət məhz bu qrupların abituriyentləri arasında müşahidə olunacaq. 

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox