Abituriyentləri son günlərdə maraqlandıran əsas suallardan biri də müsabiqə şərtlərinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.
Xüsusilə də ümumi balı 200-dən çox olan abituriyentlərin bəziləri, imtahanın II mərhələsi üzrə 100 bal məhdudiyyətini ödəyə bilmədiyinə görə müsabiqədən kənarda qalıb.
Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın II mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müsabiqə şərtlərində hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur.