Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 9.445 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 3149, rus bölməsi üzrə isə 466 nəfər;
II ixtisas qrupu üzrə 1687, rus bölməsi üzrə isə 331 nəfər;
III ixtisas qrupu üzrə 2744, rus bölməsi üzrə 276 nəfər;
IV ixtisas qrupu üzrə 583, rus bölməsi üzrə isə 112 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 5413 nəfər ərizəsini təsdiqləyib.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 97 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.