Azedu.az

Avstraliyada 30 uşaq bağçası təhlükəsizlik standartlarını pozub

Bağçalar

15 Avqust 2025, 17:23
Avstraliyada 30 uşaq bağçası təhlükəsizlik standartlarını pozub

Avstraliya hökuməti ölkə üzrə aparılan yoxlamalar nəticəsində 30 uşaq bağçasının milli təhlükəsizlik standartlarına əməl etmədiyini açıqlayıb. Aşkarlanan pozuntular uşaqlara nəzarətin zəif təşkili, personalın lazımi təlim keçməməsi, gigiyena qaydalarının pozulması və oyun sahələrinin təhlükəsizliyindəki çatışmazlıqları əhatə edir.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, ölkənin təhsil naziri Ceyson Klerin sözlərinə görə, valideynlər məlumatlandırıldıqdan sonra həmin müəssisələrin adları ictimaiyyətə açıqlanacaq. Bağçalara altı ay ərzində bütün tələblərə uyğunlaşmaq üçün vaxt verilib. Əks halda, onlara ayrılan dövlət subsidiyaları dayandırılacaq və fəaliyyətlərinə məhdudiyyət qoyulacaq.

Bundan başqa, “Working with Children Check” sistemi sərtləşdiriləcək və bəzi baxçalarda təhlükəsizlik kameraları quraşdırılacaq. Bu tədbirlər məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox