Azedu.az

Bağça müəllimlərinin işə qəbulu prosesinə start verilir

Bağçalar

12 Avqust 2025, 12:20
Bağça müəllimlərinin işə qəbulu prosesinə start verilir

Məktəbəqədər təhsil müəssisələrinə peşəkar kadrların cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. 2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.  Növbəti müsabiqənin isə 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.

MÜTDA-dan AzEdu.az-a bildirilib ki, 29 iyul – 4 avqust tarixlərini əhatə edən sənəd qəbulu prosesi bitib. Müvafiq vəzifə üzrə 7027 nəfər müraciət edib və 5000-ə yaxın ərizə təsdiq edilib. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 400-ə yaxın vakant yer mövcuddur.

Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) rəsmi internet səhifəsində tanış ola bilərlər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox