Azedu.az

Bağçalarda qidalanma və oyuncaqların təminatı nəzarətdə saxlanılır

Bağçalar

30 İyul 2025, 16:50
Bağçalarda qidalanma və oyuncaqların təminatı nəzarətdə saxlanılır

Məktəbəqədər təhsil müəssisələrinin qida ilə təminatı diqqət mərkəzində saxlanılır.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi məlumat verib.

Bildirilib ki, artıq iki ildir qidalanma ilə bağlı pilot layihə uğurla tətbiq edilir və uşaqların gündəlik qidalanma rasionu vahid menyu əsasında təşkil olunur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində 1600 nəfər qida sahəsində çalışan əməkdaş təlimlərə cəlb olunub, 900 müəssisədə laborator analizlər aparılıb. Bu il 500 müəssisədə təlimlər və maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır.

Eyni zamanda, bağçalara məişət avadanlıqları və digər ləvazimatlarla təminat davam edir. İlk dəfə olaraq Nazirlər Kabinetinin 171 saylı qərarı və beynəlxalq sənədlər əsasında “oyuncaq siyasəti” sənədi hazırlanıb. Sənəddə yaş qruplarına uyğun təqdim olunmalı oyuncaq növləri və sayı müəyyən edilib və bağçalara oyuncaq bağlamaları təqdim olunub.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox