Azedu.az

80 faizdən çox uşaq məktəbəqədər təhsildən yayınır

Bağçalar

17 İyun 2025, 16:02
80 faizdən çox uşaq məktəbəqədər təhsildən yayınır

80 faizdən çox uşaq məktəbəqədər təhsil müəssisəsinə gedə bilmir.

 

Bu fikirləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində  məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva səsləndirib.

 

"Araşdırmalar və ölkə üzrə statistik göstəricilərdən məlum olur ki, hazırda Azərbaycanda cəmi 18-19 faiz uşaq bağçaya gedə bilir. Bu isə o deməkdir ki, ölkədə mövcud olan bağçalar yalnız bu qədər uşağın ehtiyacını qarşılayacaq tutuma malikdir. Bu fakt özü-özlüyündə ciddi narahatlıq doğurur. Belə çıxır ki, 80 faizdən çox uşaq məktəbəqədər təhsil müəssisəsinə gedə bilmir. Belə olan halda onlar hara getsin, necə getsin?

 

Bu boşluğu doldurmaq üçün müxtəlif layihələr icra olunmağa başladı: icmaəsaslı qrupların yaradılması, məktəbəhazırlıq qrupları, günzamanı mərkəzləri, ailə tipli baxçalar və özəl baxçalar. Bu qədər müxtəlif təşəbbüsün eyni vaxtda və fərqli qurumlar tərəfindən həyata keçirilməsi isə bir sıra uyğunsuzluqlara səbəb oldu.

 

Bugünkü reallıqda biz “məktəbəqədər təhsil müəssisələri çox gözəl vəziyyətdədir”, deyə bilmərik. Çünki bu sahədə müəyyən sistemli boşluqlar var. Məsələn, məktəbəqədər təhsil müəssisələri 10 il ərzində Elm və Təhsil Nazirliyinin deyil, yerli icra hakimiyyətlərinin tabeliyində olub. Bu isə idarəetmədə qeyri-mərkəzləşmə və nəzarətsizlik yaradıb.

 

Düzdür, o dövrdə yemək təminatı, texniki avadanlıqlar müəyyən qədər yaxşı idi. Lakin ən böyük boşluq təhsil prosesi, müəllimlərin peşəkar inkişafı və düzgün işə qəbulla bağlı idi".

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox