Finlandiyada uşaq bağçaları necə işləyir? Uşaqlara nə öyrədilir? AzEdu.az bu sualların cavabını təqdim edir:
Finlandiyada bağçalar
Finlandiyadakı uşaq bağçalarının böyük qismi bələdiyyələrə aiddir. Bunların içərisində bəzi özəl bağçalar da var. Məsələn, sadəcə macarca danışılan özəl bağçalar var. Təbii ki, özəl bağçalar da dövlətin müəyyənləşdirdiyi standartlara uyğun olmalıdır.
Finlandiyadakı uşaq bağçalarının fiziki xüsusiyyətləri:
Finlandiyada bağça qiymətləri
Bağçalar əksər insanların düşündüyü kimi ödənişsiz deyil. Ailənin ödəyəcəyi qiymət aylıq büdcəyə görə müəyyənləşdirilir. Yəni ailənin gəliri aşağıdırsa az, gəliri yüksəkdirsə, daha çox ödəyir. Əvvəllər isə ödəniş aylıq hesablanırdı. İndi yeni sistemə keçilib; aylıq ödəyəcəyiniz ödəniş uşağın bağçada keçirdiyi saata əsasən hesablanır.
Uşağı bağçaya apardığınızda və uşağı bağçadan götürdüyünüzdə bağçadakı yumru enerji cihazına bənzər aləti səlahiyyətli şəxslərdən birinin telefonuna oxudursunuz. Bu proqram uşağın bağçada neçə saat qaldığını hesablayır.
Standart aylıq ödəniş isə 100-250 euro arasında dəyişir.
Finlandiya bağçalarında təhsil sistemi
Bağçalarda müəllimələr və dayələr olur. Müəllimlər gün ərzində ediləcək fəaliyyətlərin və uşaqlara öyrədiləcək şeylərin planını qurur. Uşaq baxıcıları da bu planları tətbiq edir.
Finlandiyada məktəbə başlama yaşı 7-dir. Uşaqların bağçaya başlaması üçün isə 1 yaşı olmalıdır. Yəni Finlandiyada 1-7 yaşarası uşaqlar bağçaya gedə bilirlər. Uşağı bağçaya göndərmək məcburi deyil, amma ailələrin böyük bir qismi uşaqlarını bağçaya göndərir.
Finlandiya bağçalarının gün rejimi belədir:
Havanın soyuq və yağışlı olmasına baxmayaraq uşaqların çöldə vaxt keçirmələrinə şərait yaradılır. Hava çox soyuq və yağışlı deyilsə uşaqlar hər gün bir neçə saat bağçanın həyətində oynayırlar.
Finlandiyadakı bağçalarda uşaqlara nələr öyrədilir?
Uşaqların yaş aralığına görə, öyrədiləcək mövzular da fərqli olur. 1 yaşdan 7 yaşa doğru sırayla nələr öyrədildiyindən danışsaq:
Finlandiya təhsil sistemi möcüzəsi deyilən şey əslində sadəlik və təbiilikdir:
Qısaca desək bağçalarda öyrədilən mövzular digər ölkələrdən çox fərqli deyil. Burada öyrətmə metodu və öyrədən şəxslərin keyfiyyəti önəmli rol oynayır. Digər önəmli faktor isə ailədən gələn təhsilin yaxşı olmasıdır. Finlandiya dünyadakı ən çox kitab oxunan ölkələrdən biridir. Kitab oxuma vərdişləri kiçik yaşlarından uşaqlara da qazandırılır.
Finlandiyada uşaq bağçasında işləmək
Bağça müəllimi ola bilmək üçün universitetdə bu bölümü bitirib magistratura səviyyəsində təhsilə sahib olmağınız lazımdır. Finlandiya uşaq bağçalarında dayə olaraq çalışmaq üçün isə ibtidai sinifin ardından peşə məktəblərinə getməyiniz lazımdır.
Finlandiya uşaq bağçalarında işləmək şərtləri çox yaxşıdır. Bağçaların əksəriyyəti həftəsonları işləmir. Adətən həftədə 5 gün, səhər 08:00-dan 17:00 arası işləyirlər. Digər ölkələrə görə ən önəmli fərq hər baxıcıya düşən uşaq sayının az olmasıdır. Məsələn 10-12 nəfərlik uşaq qrupu ilə ortalama 2-3 baxıcı maraqlanır.(bagcam.az)