Azedu.az

Agentlik: Bağçalarda çalışan pedaqoji heyətə təlimlər keçirilir

Bağçalar

19 Oktyabr 2024, 13:58
Agentlik: Bağçalarda çalışan pedaqoji heyətə təlimlər keçirilir

2022-ci ildən etibarən bağçalarda çalışan pedaqoji heyətə təlimlər keçirilir.

Təlimlərə 10 min nəfərə yaxın tərbiyəçi-müəllim, metodist qatılıb. Təlimlərin məqsədi pedaqoji heyəti məktəbəqədər təhsil və idarəetmədə olan yeni yanaşmalar və strategiyalarla tanış etməkdir.

 AzEdu.az xəbər verir ki, təlimlərdə tərbiyəçi-müəllimlər öyrənmə mühitinin qurulması, uşaqların sosial-psixoloji adaptasiyası ilə bağlı bilik  və bacarıqlarını inkişaf etdirirlər. Təlimlərin effektivliyinin artırılması üçün interaktiv metodlardan istifadə edilir. 

Hazırda bağçalarda çalışan pedaqoji heyət üçün tərəfimizdən həm Bakı şəhərində, həm də regionlarda 2022-ci ildən etibarən canlı və onlayn şəkildə təlimlər keçirilib və proses davam etməkdədir. Genişmiqyaslı təlimlərdə metodist, tərbiyəçi-müəllimlər, hətta bağça müdirləri iştirak ediblər. 3 il ərzində məktəbəqədər təhsil müəssisələrində çalışan heyət üçün keçirilmiş təlimlərdə 8273 tərbiyəçi-müəllim, 1128 nəfər müdir, 100 nəfər metodist iştirak edib. Bağçalarda çalışan tərbiyəçi-müəllimlərin böyük əksəriyyətinin təlimlərdə iştirak etdiyi müşahidə edilir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox