Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) ixtisasca psixoloq və sosial işçi üzvlərinin iştirakı ilə növbəti monitorinqlər keçirilib.
Ombudsman Aparatından AzEdu.az-a verilən xəbərə görə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 nömrəli internat tipli xüsusi məktəbdə aparılmış monitorinq zamanı 1-3-cü siniflər istisna olmaqla, digər siniflərdə təhsil alan şagirdlər üçün dərsliklər, iş dəftərləri və metodiki vəsaitlərin təminatında çatışmazlıqlar aşkar olunub.
Sonda müəssisə rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb, saxlanma şəraitinin yaxşılaşdırılması və uşaq hüquqlarının effektiv təmini məqsədilə tövsiyələr verilib.