Azedu.az

Uşaq bağçalarında yoxlamalar APARILIR

Bağçalar

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

16 Mart 2023, 16:20
Uşaq bağçalarında yoxlamalar APARILIR

Məktəbəqədər təhsil müəssisələrinə də digər bütün fəaliyyət sahələri kimi nəzarət olunur və mütəmadi monitorinqlər aparılır. 

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

“Regional Təhsil idarələrinin (Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) də daxil olmaqla) tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır, monitorinqlər zamanı aşkarlanan problemlərlə bağlı tədbirlər görülür və nəticələrə uyğun Elm və Təhsil Nazirliyinə müvafiq hesabatlar təqdim edilir.
 

Elm və Təhsil Nazirliyinin tabeliyində olan bütün bağçalarda müxtəlif səpkili monitorinqlər aparılır. Bu monitorinqlər məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilir və vaxtında aşkar edilmiş problemlərin həlli üçün vacibdir”, - deyə nazirlikdən saytımıza açıqlamada deyilib.

 

Nazirlik əlavə olaraq qeyd edib ki, monitorinqlər mütəmadi olaraq həyata keçirilir və ilboyu davam edir. 

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox