Türkiyədə baş vermiş zəlzələ səbəbindən 11 əyalətdə məktəblər açılmayıb.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin zəlzələ bölgəsi olan Adıyamanda uşaqlar çadırlarda təhsil alırlar.
Qeyd edək ki, Türkiyədə 2022-2023-cü tədris ili üzrə birinci yarımil yanvarın 20-də başa çatmışdı və fevralın 6-da ikinci yarımil üzrə tədrisə başlanılacaqdı.
Lakin Kahramanmaraşda fevralın 6-sı baş vermiş zəlzələ səbəbindən tədrisin başlaması fevralın 20-dək təxirə salınmışdı.
Zəlzələ səbəbindən 71 bölgədə tədrisin dayandırılmasından sonra bu gün ilk dərs günü başlayıb.