Azedu.az

Xaricdə oxumaq istəyənlər diqqət: bəzi ixtisaslar Azərbaycanda TANINMIR

Xarici təhsil

11 Noyabr 2025, 15:09
Xaricdə oxumaq istəyənlər diqqət: bəzi ixtisaslar Azərbaycanda TANINMIR

Bəzi xarici ixtisaslar Azərbaycan təsnifatına uyğun gəlmir.

AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov ATV telekanalında yayımlanan “Xəbərin olsun” verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi hallarda xarici ali təhsil müəssisələrində təklif olunan ixtisaslar Azərbaycanda mövcud deyil və bu zaman uyğunlaşdırma aparılmalıdır:

“Əgər bizdə həmin ixtisas mövcud deyilsə, yaxın gələn ixtisasla uyğunlaşdırma aparırıq və götürülən dərsləri təhlil edirik. Lakin bəzən bizi məyus edən hallar olur. Elə ixtisaslara rast gəlirik ki, onların bizim ixtisaslarla heç bir uyğunluğu yoxdur. Bu zaman biz, istənilən halda, qanunvericiliyin tələblərinə uyğun şəkildə hərəkət edirik”.

Tural Əhmədov vətəndaşlara xaricdə təhsil seçimi zamanı diqqətli olmağı tövsiyə edib:

“Biz vətəndaşlarımıza tövsiyə edirik ki, ixtisas seçimi edərkən, dünyanın qloballaşması fonunda yeni və birləşmiş ixtisaslar meydana gəlsə də, onlar mütləq şəkildə mövcud təsnifata baxsınlar. Çünki bu təsnifat yerli qanunvericiliyin tələblərindən irəli gəlir. Təbii ki, istək və arzuların arxasınca getmək vacibdir, lakin ixtisasın tanınması baxımından bu meyarlara diqqət etmək lazımdır”.

Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı
Son xəbərlərDaha çox