Azedu.az

Azərbaycanlı tələbə Kanadada ilkə imza atdı

1 Oktyabr 2025, 16:28
Azərbaycanlı tələbə Kanadada ilkə imza atdı

Kanadanın British Columbia Universitetində (UBC) təhsil alan azərbaycanlı tələbə Nuray Həsənova mühüm uğura imza atıb. Data Elmləri və Süni İntellekt ixtisası üzrə 3-cü kursda oxuyan Həsənova, universitetin ən nüfuzlu “Co-op” (Co-operative Education) - əməkdaşlıq əsaslı təhsil proqramına qəbul olunan ilk azərbaycanlı tələbə olub.

AzEdu.az xəbər verir ki, qalib tələbə universitetdə yalnız yüksək akademik göstəriciləri və digər yüksək qabiliyyətlərə sahib olan tələbələr arasında keçirilən yüksək rəqabətli seçimlə seçilir. 

Bu proqram çərçivəsində Nuray Həsənova həm universitetdə elmi-tədqiqat işləri aparmaqla ödənişli işləyəcək, həm də universitetin əməkdaşlıq etdiyi nüfuzlu şirkətlərdə hələ məzun olmamış öz ixtisası üzrə Kanadada real iş təcrübəsi toplayacaq. 

O, Bakı-Türk Liseyindən məzun olub.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox