Azedu.az

Qlobal Miqyasda beynəlxalq tələbələrin sayı artacaq - PROQNOZ

Xarici təhsil

3 Yanvar 2026, 15:55
Qlobal Miqyasda beynəlxalq tələbələrin sayı artacaq - PROQNOZ

QS Global Student Flows layihəsinin proqnozuna əsasən, 2026–2030-cu illər ərzində dünya üzrə beynəlxalq tələbələrin sayının 8,5 milyon nəfərə çatacağı gözlənilir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu artım qlobal miqyasda beynəlxalq təhsilə marağın və tələbatın davamlı şəkildə yüksəldiyini göstərir.

Məlumata görə, tələbə axınının artması ali təhsilin beynəlmiləlləşməsi, ölkələrarası akademik əməkdaşlığın genişlənməsi və gənclərin xaricdə təhsil almağa marağının güclənməsi ilə əlaqələndirilir. Ekspertlər hesab edirlər ki, bu tendensiya yaxın illərdə ali təhsil bazarında rəqabəti daha da artıracaq.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox