Yunanıstan hökuməti ali təhsil sistemində genişmiqyaslı islahatlara başlayıb. Aparılan dəyişikliklər çərçivəsində 308 605 uzun müddət aktiv olmayan tələbə universitetlərin rəsmi reyestrindən çıxarılıb, nəticədə ölkədə rəsmi tələbə sayı təxminən yarıbayar azalıb.
AzEdu.az xarici mənbəyə istinadən xəbər verir ki, bu addım ali təhsil sistemində “əbədi tələbə” kimi tanınan və illərlə təhsilini başa vurmayan şəxslərin qeydiyyatına son qoymaq, həmçinin universitet resurslarının daha səmərəli planlaşdırılmasını təmin etmək məqsədi daşıyır. Əvvəllər 2017-ci ildən əvvəl universitetlərə qəbul olunmuş, lakin təhsilini tamamlamayan tələbələr rəsmi qeydiyyatda saxlanılırdı.
Yeni qaydalara əsasən, bu kateqoriyaya aid tələbələr reyestrdən çıxarılıb. Bununla yanaşı, təxminən 35 min nəfərə 2025-ci ildə “ikinci şans” imkanı yaradılıb və onlar yenidən universitetlərdə qeydiyyatdan keçə biliblər.