2025-2026-cı tədris ili üçün İspaniyada qrant və təqaüd proqramları genişləndirilmişdir. Bu proqramlar həm yerli, həm də beynəlxalq tələbələri əhatə edir.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, təqaüdlərin artırılması tələbələrin təhsil imkanlarını daha əlçatan və maliyyə baxımından daha uyğun edir. İspaniyada dövlət universitetlərində təhsil haqqı özəl universitetlərlə müqayisədə xeyli daha ucuzdur. Dövlət universitetlərində illik ödənişlərin aşağı olması tələbələr üçün ciddi üstünlük yaradır.
Özəl universitetlərdə təhsil haqqı daha yüksək olduğundan bir çox tələbə dövlət universitetlərini seçir. Təqaüd və qrant proqramlarının mövcudluğu dövlət universitetlərində təhsil alan tələbələrin maliyyə yükünü daha da azaldır. Bütün bu amillər İspaniyada dövlət universitetlərini həm iqtisadi, həm akademik baxımdan daha cəlbedici edir.