Azedu.az

Birləşmiş Krallıqda tədqiqat imkanı: £250 000 maliyyə dəstəyi göstəriləcək&l

Xaricdə təhsil

28 Noyabr 2025, 11:11
Birləşmiş Krallıqda tədqiqat imkanı: £250 000 maliyyə dəstəyi göstəriləcək&l

Birləşmiş Krallıqda “Wellcome Career Development Awards” proqramı üzrə müraciətlər açıq elan edilir.

AzEdu.az xəbər verir ki, “Wellcome Career Development Awards” beynəlxalq elmi mühitdə müstəqil tədqiqat istiqamətinə malik, karyerasının başlanğıc və inkişaf mərhələsində olan alimlər üçün geniş imkanlar təqdim edir. 

Proqramın məqsədi müxtəlif sahələr üzrə yüksək potensiala malik tədqiqatçıların elmi fəaliyyətini dəstəkləmək və onların qlobal elmi əməkdaşlıqlara inteqrasiyasına şərait yaratmaqdır. 

Proqram molekulyar mexanizmlər, patogen biologiyası, hüceyrə biologiyası, immunologiya, ictimai səhiyyə, neyroelm, genetika, sosial və humanitar elmlər, data elmləri və digər əlaqəli sahələr üzrə müraciətləri qəbul edir. 

Uğurlu namizədlər tədqiqat proqramının məzmunu və həcminə uyğun olaraq illik təxminən £250 000 (təqr. 560 000 AZN) məbləğində maliyyə dəstəyi əldə edə bilərlər.

Müraciət üçün son tarix: 26 mart 2026, saat 19:00

Ətraflı məlumat üçün: //wellcome.org/.../wellcome-career-development...

Ərdoğandan Putinə CAVAB - Türkiyə ordusu hərəkətə keçir
Son xəbərlərDaha çox