Gənclərin xaricdə təhsilə marağı gün keçdikcə artır.
Bu halda maraqlı məqam ortaya çıxır ki, bu marağın səbəbi nədir?
AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.
O, qeyd edib ki, belə bir təəssürat yaranıb ki, xaricdə oxuyub qayıdanlar mütləq şəkildə rəhbər vəzifələrinə gətirilirlər:
"Xaricdə təhsil alanların sayının artması təkcə təhsilin keyfiyyəti ilə bağlı deyil. Bu məsələdə iki əsas istiqamət mövcuddur. İlk olaraq, işə qəbul zamanı namizədlər arasından ən çox xaricdə təhsil almış şəxslərə üstünlük verilir.
Həmçinin, qurumlara rəhbər təyinatı zamanı belə bir təəssürat yaranıb ki, xaricdə oxuyub qayıdanlar mütləq şəkildə rəhbər vəzifələrinə təyin olunurlar.
Digər istiqamət isə ondan ibarətdir ki, Azərbaycanda universitetə qəbul ola bilməyən bəzi gənclər attestatla xaricdə təhsil almağa üz tuturlar. Bu isə gələcəkdə diplomlarının tanınmaması ilə əlaqədar onlara ciddi problemlər yaradır.
Fikrimcə, bütün bu halların qarşısını almaq üçün Azərbaycanda təhsilin keyfiyyətinə daha böyük üstünlük verilməlidir".