Azedu.az

Taylandda təqaüdlə təhsil imkanı elan olunub

Xaricdə təhsil

18 Mart 2026, 14:25
Taylandda təqaüdlə təhsil imkanı elan olunub

Tayland Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyi tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci tədris ili üzrə Tayland Təqaüdləri Proqramı elan olunub.

AzEdu.az xəbər verir ki, proqram çərçivəsində Taylandın müxtəlif ali təhsil müəssisələri tərəfindən əcnəbi tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri, eləcə də mübadilə və təlim proqramları üzrə təhsil almaq imkanı yaradan təqaüdlər təqdim olunur.

Müraciət üçün son tarixlər, tələb olunan sənədlər və təqaüd çərçivəsində qarşılanan xərclər hər bir ali təhsil müəssisəsinin daxili qaydalarına uyğun olaraq müəyyən edilir.

Təqaüd proqramları və müraciət qaydaları barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

//shorturl.at/67YC0

Qeyd edək ki, proqramda iştirak etmək istəyən namizədlər müraciətlərini birbaşa müvafiq Tayland ali təhsil müəssisələrinə təqdim etməlidirlər.

Pezeşkian özündən çıxdı - Sepah generallarını dəli adlandırdı
Son xəbərlərDaha çox