Azedu.az

Xaricdə təhsil üçün dövlət dəstəyi: Proqram hansı xərcləri qarşılayır?

Xaricdə təhsil

10 Mart 2026, 14:10
Xaricdə təhsil üçün dövlət dəstəyi: Proqram hansı xərcləri qarşılayır?

“Ümumilikdə Dövlət Proqramına baxanda hesab edirəm ki, hazırda proqramın təqdim etdiyi imkanlar bir tələbənin xaricdə təhsil alması üçün kifayətdir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, proqram çərçivəsində tələbənin təhsil haqqı, yol xərcləri, sığorta və digər vacib xərcləri demək olar ki, tam əhatə olunur:

"Tələbə özü əlavə imkanlardan istifadə etmək istəsə, bunu edə bilər, lakin proqramın verdiyi dəstək kifayət qədər genişdir. Maliyyələşmə baxımından heç bir problem yoxdur. Proqramın ən önəmli tərəflərindən biri tələbələrin dünyada ən nüfuzlu universitetlərdə təhsil almasına şərait yaratmasıdır. Bu, proqramın vacib aspektlərindən biridir və tələbələrə yüksək keyfiyyətli təhsil almaq imkanı verir.

Gələcəkdə iştirakçı sayının artırılmasına gəldikdə isə, hazırda illik 500 tələbə optimal say hesab olunur. Əlbəttə, bu rəqəm ehtiyaca uyğun olaraq dövlət qurumları tərəfindən nəzərdən keçirilə və artırıla bilər. Lakin unutmamalıyıq ki, proqram təkcə təhsildən ibarət deyil, burada tələbələrin yerləşdirilməsi, adaptasiyası və digər xərclər də nəzərə alınmalıdır".

C.Məmmədov əlavə edib ki, hazırkı 500 nəfər sayı mövcud şəraitdə kifayət qədər effektivdir:

"Proqramın verdiyi töhfələr ölkəyə fayda verəcək. Ən yaxşı universitetlərin çoxu inkişaf etmiş ölkələrdə yerləşir - ABŞ, Birləşmiş Krallıq, son vaxtlar isə Çin universitetləri də inkişaf edir. Biz müəyyən proqramları götürərək ölkəmizdə tətbiq edə bilərik. Məsələn, ADA Universiteti, İtaliya-Azərbaycan Universiteti və Fransız-Azərbaycan Universiteti bu sahədə nümunədir.

Eyni zamanda, Azərbaycan-Türkiyə Universiteti və Rusiyanın universitetləri ilə əməkdaşlıq imkanları mövcuddur. Lakin diqqətli olmaq lazımdır. Hər proqram tam şəkildə götürülüb tətbiq oluna bilməz. Bəzi sahələr ölkəmiz üçün uyğun olsa da, bəzilərini araşdırmaq və uyğunluğunu qiymətləndirmək vacibdir. Yəni proqramların tətbiqi həm sahədən, həm də ölkənin coğrafi və siyasi reallıqlarından asılıdır".

Son dəqiqə! Xameneinin oğlu da ö*ldürüldü - Şok iddia
Son xəbərlərDaha çox