Azedu.az

Şagirdlər müəllimə hücum etdi: 2 məktəbli saxlanıldı - VİDEO

Xaricdə təhsil

11 Dekabr 2025, 11:52
Şagirdlər müəllimə hücum etdi: 2 məktəbli saxlanıldı - VİDEO

Türkiyədə, Samsunun Canik rayonunda məktəblilər arasında keçirilən futbol turniri zamanı müəllimi döydüyü iddia edilən 2 şagird polis tərəfindən saxlanılıb.

Azedu.az Türkiyə mətubatına istinadən xəbər verir ki, hadisə Canikdəki süni örtüklü meydançada Gülizar-Hasan Yılmaz İdman Liseyi ilə Atakum Anadolu Liseyi arasında keçirilən turnir matçı zamanı baş verib.

İddiaya görə, oyunçular arasında yaranan mübahisə böyüyüb və bir qrup şagird meydana daxil olaraq Gülizar-Hasan Yılmaz İdman Liseyinin bədən tərbiyəsi müəllimi B.Z.-ni (53) döyüb.

Yaralı müəllim təcili yardım maşını ilə Gazi Dövlət Xəstəxanasına aparılıb. Aparılan müayinədə onun sağ qaşında qanama, əlində isə sınıq olduğu müəyyən edilib.

İl Polis İdarəsinin apardığı araşdırma nəticəsində hadisəyə qarışanların şagird olduğu müəyyənləşdirilib və "suça sürüklənən uşaq" statusu ilə 2 nəfər saxlanılıb. Hadisə anı mobil telefon kamerasına da əks edib.

 

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox