Azedu.az

UNEC-də gələcəyin adaptiv təhsil modeli qurulur

Universitetlər

6 Dekabr 2025, 10:30
UNEC-də gələcəyin adaptiv təhsil modeli qurulur

"UNEC-də icrasına başladığımız Süni İntellektin təhsildə tətbiqi layıhəsinin prorektorlar, dekanlar və kafedra müdirlərinə təqdimatını keçirdik".

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi feysbuk hesabında qeyd edib.

Rektorun sözlərinə görə, layihə üç il ərzində davam edəcək:

"İsraildən olan mütəxəssislər layihə haqqında ətraflı məlumat verdilər və iştirakçıların suallarını cavablandırdılar. Bu layihənin icrası nəticəsində UNEC-də tələbə mərkəzli təhsil modelinə keçid təmin ediləcək. Fərdi təhsil trayektoriyası tətbiq ediləcək, təhsil adaptiv olacaq. Tələbələr 24 saat ərzində dərsləri ilə bağlı suallarına professor assistentinin cavabını ala biləcək, "bir tələbə - bir müəllim" yanaşması reallaşacaq",-deyə rektor qeyd edib.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox