Azedu.az

BANM-in "Brend tələbə"ləri mükafatlandırılıb- FOTOLAR

Universitetlər

5 Dekabr 2025, 17:40
BANM-in "Brend tələbə"ləri mükafatlandırılıb- FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

AzEdu.az və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, portalın müxbiri Esmira Əliyeva, BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova, Kimya mühəndisliyi kafedrasının müdiri Rima Quliyeva, İnformasiya texnologiyaları kafedrasının müdiri ⁠Nailə Allahverdiyeva və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Sevda Zərgərovanın nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib:

173787

“Bakı Ali Neft Məktəbində tələbələrimiz həm akademik, həm də şəxsi inkişaf baxımından böyük uğurlar əldə edirlər. Hər bir tələbəmiz təqdim olunan meyarlara tam uyğun gəlir və bu onların zəhmətinin göstəricisidir. Bugünkü görüş bizi çox məmnun etdi. Bir daha hər birinizə təşəkkür edir, bütün tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Daha sonra Ləman Novruzova layihənin tələbələr arasında sağlam rəqabət və motivasiya yaratmasından danışıb, onları təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb:

173788

"Minlərlə tələbə arasından seçilən 10 nəfərdən biri olmaq həm böyük fəxr, həm də ciddi məsuliyyətdir. Uğurlu tələbələri təhsil aldıqları ali məktəblər daima tanıyır və təqdim edir, lakin kənardan dəstək və tanınma tələbələr üçün əlavə stimuldur. "Brend tələbə" adına layiq olmanız təsadüf deyil, bu, zəhmətinizin, bacarıqlarınızın və yüksək keyfiyyətlərinizin nəticəsidir. İnanıram ki, gələcəkdə də bu etimadı doğruldacaq və nailiyyətlərinizi daha da artıracaqsınız.

AzEdu.az Təhsil Portalı artıq 3 ildir ki, bu layihəni uğurla həyata keçirir. İlk illərdə 20 universitetin iştirak etdiyi layihəyə bu dəfə 29 ali məktəb qoşulub. Bu təşəbbüs həm tələbələrin motivasiyasını yüksəldir, həm də ali təhsil müəssisələrini uğurlu tələbələri dəstəkləməyə təşviq edir".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Radmila Musayeva – İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi;

Fatimə Nəsirova – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

Zərifə Əsədullayeva – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

Cəvahir Yusifzadə – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

Nəzrin Əhmədova – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

İlahə Hacıyeva – Biznesin idarə edilməsi ixtisasının tələbəsi;

Şamil Fərzəlizadə – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

Aysel Rəhimli – Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi;

Əlehsan Əliyev – Kompüter mühəndisliyi ixtisasının tələbəsi;

Rəna İsayeva – Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox