Azedu.az

ATMU-nun "Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

Universitetlər

4 Dekabr 2025, 17:38
ATMU-nun "Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Noyabrın 25-də AzEdu.az və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, müxbiri Esmira Əliyeva,
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva, Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Məhəbbət Hacıyevanın nitqi ilə başlayıb.

O, “Brend tələbə” layihəsinə görə AzEdu.az-a təşəkkürünü bildirib, gəncləri təbrik edib və hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb:

173707

“2024-2025-ci tədris ili üzrə təqdim olunan meyarlara uyğun olaraq layihəyə layiq görülən tələbələr seçilərək təqdim edilib. Bu gün həmin tələbələrin mükafatlandırma mərasimi keçirilir. Bir daha bütün tələbələri ürəkdən təbrik edirəm".

İlahə Əliyeva da tələbələri təbrik edərək nitqinə başlayıb:

173708

“Düşünürəm ki, burada əyləşən tələbələr universitetimizin əsl "brend tələbə"ləridir. Universitetimizdə təxminən 3 min tələbə təhsil alır və həmin 3 min nəfər arasından sizin seçilməyiniz təsadüfi deyil. Bu, böyük nailiyyətdir. Hər birinizə gələcək həyatınızda uğurlar arzulayıram".

Daha sonra çıxış üçün Ləman Novruzovaya söz verilib. O, “Brend tələbə”adına layiq görülən tələbələri təbrik edib:

173709

“Minlərlə tələbə arasından seçilən 10 nəfərdən biri olmaq həm böyük fəxr, həm də ciddi məsuliyyətdir. Bu, təhsil aldığınız ali məktəbin göstərdiyiniz əzmi, bacarığınızı və nailiyyətlərinizi yüksək qiymətləndirdiyinin açıq göstəricisidir. “Brend tələbə” adına layiq olmanız təsadüf deyil. Bu, zəhmətinizin və yüksək keyfiyyətlərinizin nəticəsidir. İnanıram ki, gələcəkdə də bu etimadı doğruldacaq, uğurlarınızı daha da artıracaqsınız. 

Artıq 3 ildir ki, AzEdu.az Təhsil Portalı bu layihəni uğurla həyata keçirir. İlk illərdə 20 universitetin iştirak etdiyi layihəyə bu dəfə 29 ali məktəb qoşulub. Qarşıdakı məqsədimiz isə Azərbaycanın bütün universitetlərini bu təşəbbüs ətrafında birləşdirməkdir. Bu görüşə qatıldığınız üçün hər birinizə təşəkkür edir, həyatınızda yeni uğurlar arzulayıram".

Növbəti mərhələdə tələbələr hər biri özləri barədə məlumat veriblər.

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Turizm və Menecment Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

Hülya Xanaliyeva - Sosial Menecment fakültəsinin tələbəsi;

Tahir Quliyev - Turizm ve Qonaqpərvərlik fakültəsinin tələbəsi;

Abas Yusifzadə - Turizm ve Qonaqpərvərlik fakültəsinin tələbəsi;

Sənan Bəndəliyev - Sosial Menecment fakültəsinin tələbəsi;

Yeganə Abbasova - Turizm ve Qonaqpərvərlik fakültəsinin tələbəsi;

Telman Aslanlı - Sosial Menecment fakültəsinin tələbəsi;

Aynur Əhmədova - Turizm ve Qonaqpərvərlik fakültəsinin tələbəsi;

İsa Həşimov - Biznesin idarəçiliyi və menecment fakültəsinin tələbəsi;

Leyla Qəribova - Sosial Menecment fakültəsinin tələbəsi;

Cəlal Əliyev - Turizm ve Qonaqpərvərlik fakültəsinin tələbəsi.

Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!
Son xəbərlərDaha çox