Azedu.az

Naxçıvanda təhsil alan əcnəbi tələbələrin SAYI 

Universitetlər

2 Dekabr 2025, 11:07
Naxçıvanda təhsil alan əcnəbi tələbələrin SAYI 

Hazırda Azərbaycanda ali təhsil alan əcnəbi tələbələrin ən çox üstünlük verdikləri ali təhsil müəssisələri  Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti yer alır.

Maraqlıdır, Naxçıvan Dövlət Universitetində neçə əcnəbi tələbə təhsil alır? Onlar daha çox hansı ölkənin vətəndaşlarıdır?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Naxçıvan Dövlət Universitetinə (NDU) sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, Naxçıvan Dövlət Universitetində hazırda ümumilikdə 1693 əcnəbi tələbə təhsil alır:

"Xarici tələbələr arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Belə ki, onların sayı 1200-dən çoxdur.
Ümumi statistika göstərir ki, əcnəbi tələbələr arasında oğlanların sayı nisbətən daha çoxdur",- deyə universitetdən məlumat verilib.

Qeyd edək ki, əcnəbi tələbələrin müraciətlərində Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu və Təbiət ixtisasları qrupu ixtisas istiqamətləri üzrə daha yüksək tələb müşahidə olunur.

Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?
Son xəbərlərDaha çox