Azedu.az

ADA təmsilçiləri LDU-da praktik seminar keçirib

Universitetlər

1 Dekabr 2025, 17:19
ADA təmsilçiləri LDU-da praktik seminar keçirib

ADA təmsilçiləri LDU-da praktik seminar keçirib.

Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.

ADA Universitetinin magistratura üzrə tələbə qəbulu üzrə məsləhətçısi Nəzrin Əlizadə və akademik yazı müəllimi Aygün Hüseynlinin iştirakı ilə LDU-da sonuncu kurs tələbələri üçün praktik seminar keçirilib.

Praktik seminarda ADA Universitetinin magistr proqramları, onlara qəbul qaydaları, dərs formatı və təqaüd imkanları barədə ətraflı məlumat verilib. Həmçinin seminarda akademik yazı qaydaları geniş şərh olunub.

Diskussiya xarakterli görüşdə mütəxəssislər LDU-nun sonuncu kurs tələbələrini maraqlandıran sualları cavablandırıblar.

Putin dünyanı özünə belə güldürdü - ŞOK SÖZLƏR
Son xəbərlərDaha çox