LDU-da Ümumdünya Torpaq Gününə həsr olunmuş intelektual yarış keçirilib.
Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.
Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında Aqrar və mühəndislik fakultəsinin torpaqşunaslıq və aqrokimya, aqronomluq, bağçılıq və tərəvəzçilik ixtisasları üzrə təhsil alan tələbələr arasında 5 dekabr- Ümumdünya Torpaq Gününə həsr olunmuş “Sağlam Torpaq - Sağlam Gələcək” adlı intellektual yarış keçirilib.
İntelektual yarışmaya qatılan komandalar mövzu ilə bağlı sualları cavablandırıblar. Sualları daha operativ və dəqiq cavablandıran 3 komanda mükafatlandırılıb. 1-ci yeri tutan komandaya diplom və kubok, 2-ci və 3-cü yeri tutan komandalara diplomlar təqdim edilib.