Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) magistratura təhsil üzrə məzunları diplomlarını ala bilmədikləri üçün narazılıqlarını bildirir.
Magistratura üzrə məzun olmuş tələbələrə diplomların nə zaman təqdim edilməsi planlaşdırılır?
Sözügedən məsələ ilə bağlı AzEu.az Təhsil Portalı ATMU ilə əlaqə saxlayıb.
Universitetdən aldığımız məlumata əsasən, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) məzunların bir hissəsi təcili almaqla bağlı müraciət etdikləri üçün onlara artıq diplomlar təqdim edilib:
"Qalan məzunlara dekabr ayının ortalarına kimi təqdim etməyi planlaşdırırıq",- deyə universitetdən məlumat verilib.