Azedu.az

Təhsildə rəqəmsal era: Azərbaycan universitetlərini nə gözləyir?

Universitetlər

27 Noyabr 2025, 13:27
Təhsildə rəqəmsal era: Azərbaycan universitetlərini nə gözləyir?

Son illər dünyada təhsil sahəsində baş verən sürətli dəyişikliklər, qloballaşma, əmək bazarının tələblərinin dəyişməsi və rəqəmsal texnologiyaların dominantlığı ali təhsildə köklü transformasiyanı qaçılmaz edib. Universitetlər artıq təkcə bilik ötürən qurum deyil, eyni zamanda innovasiya, yaradıcılıq və tədqiqat mərkəzinə çevrilirlər.

Bu gün süni intellektdən tutmuş distant təhsil modellərinə, çevik kompetensiya əsaslı proqramlardan fərdiləşdirilmiş öyrənmə ekosistemlərinə qədər bir çox yenilik ali təhsilin gələcəyini formalaşdırır. Buna görə də ənənəvi universitet konsepsiyası öz aktuallığını qismən itirir və yeni bir modelə ehtiyac yaranır.

Belə olan halda sual yaranır: dəyişən dünyanın tələblərinə cavab verəcək yeni universitet modelinin əsas xüsusiyyətləri nələr ola bilər?

AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli bildirib ki, Azərbaycan ali təhsil müəssisələrinin dünyaya inteqrasiyası sahəsində bəzi çətinliklər mövcuddur:

Onlayn təhsilin qanuniləşdirilməsi vacibdir

“Mövcud vəziyyətdə ali məktəblərin dünyaya inteqrasiyasında problemlər daha çox texnoloji çatışmazlıqlarla bağlıdır. Ədalət müəllimin vurğuladığı kimi, yeni universitet modeli növbəti 5 və ya 10 ilin yol xəritəsi olaraq hazırlanmalıdır. Bu model çərçivəsində universitetlərin texnoloji cəhətdən təmin olunması, eyni zamanda distant və onlayn təhsil modellərinin ölkə daxilində qanuniləşdirilməsi və tətbiqinə başlanılması olduqca vacibdir".

Layihə yönümlü təhsil modeli ön planda olmalıdı

Vüsal Kərimli əlavə edib ki, universitetlərin tələbələrin bilik və bacarıqlarını qiymətləndirmək üçün daha çox startap yönümlü layihələrin inkişafına fokuslanması lazımdır:

“Düşünürəm ki, universitet mühitinin səmərəliliyi yalnız layihələrin inkişafına önəm verildikdə təmin oluna bilər. Texnologiyanın inkişafı təhsilə müsbət təsir göstərir və işimizi asanlaşdırır. Amma hazırkı şəraitdə bəzi istiqamətlərdə hələ də çətinliklərlə üzləşirik”.

Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı
Son xəbərlərDaha çox